Instagram siqaret və silah məhsullarının reklamlarını siləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Instagram siqaret və silah məhsullarının reklamlarını siləcək

13:16 - 25 / 12 / 2019
Instagram siqaret və silah məhsullarının reklamlarını siləcək

Məşhur Instagram fotoservisi elektron siqaret, adi siqaret, silah, alkoqol və pəhriz əlavələri kimi məhsulların reklamlı paylaşımlarının idarə olunmasını sərtləşdirəcək.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, fotoservisin təmsilçiləri bildiriblər ki, elektron siqaret, adi siqaret və alkoqollu içkilər kimi məhsulların reklamları daha öncə də qadağan edilmişdi. Lakin yaxın bir neçə həftə ərzində fotoservis bu cür reklamlı paylaşımları bir dəfəlik siləcək. Bu barədə Rusbase saytı xəbər verib.

Alkoqollu içkilərin və pəhriz əlavələrinin reklamlarına gəldikdə isə Instagram həmin məhsulların reklamlarının məhdudlaşdırılmasını tələb edəcək. Gələn il bu cür məhsulların reklamları ilə məşğul olan şəxslər üçün Instagram daxilində xüsusi funksiya təqdim ediləcək. Həmin funksiya sayəsində şəxslər bu cür məhsulların müəyyən yaş istifadəçilərə göstərilməsini dayandıra biləcəklər.

Bununla yanaşı fotoservis Brand Collabs Manager adlı aləti də anons edib. Həmin alət vasitəsilə istifadəçilər və brendlər bir-birilərini axtararaq reklam elanlarının yerləşdirilməsi üzrə danışıqlar apara bilərlər. Əvvəllər istifadəçilər brendlərə öz paylaşımlarının baxış sayı və digər göstəricilər üzrə statistikalarını göndərirdilərsə yeni alətdə bütün bu göstəricilər avtomatik olaraq əks olunacaqlar. Bu yeni özəllik hələ ki, az sayda influencerlər üçün aktivdir.

1news.az

Paylaş:
447

Son xəbərlər

Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdürBu gün, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edibBu gün, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıbBu gün, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİBBu gün, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölübBu gün, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıbBu gün, 16:04Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49İlham Əliyev: Rəisi İran və Azərbaycan xalqının yaddaşında parlaq dövlət xadimi kimi qalacaqBu gün, 14:32Cavanşir yolötürücüsünün söküntüsü davam edirBu gün, 14:28Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİBBu gün, 14:19Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyinə himn yazılıb - VİDEOBu gün, 14:08Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Siyavuş Məmmədov dəfn edilibBu gün, 14:05Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİBBu gün, 13:52Biznesə dəstək, qarşıya qoyulan hədəflər, sahibkarların istəkləri - KOBİA-dan suallara CAVABBu gün, 13:45İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib - YENİLƏNİBBu gün, 13:37
Bütün xəbərlər