XİN: Qazaxıstanda təyyarə qəzasında xəsarət alanlar arasında azərbaycanlılar yoxdur | 1news.az | Xəbərlər
Siyasət

XİN: Qazaxıstanda təyyarə qəzasında xəsarət alanlar arasında azərbaycanlılar yoxdur

10:39 - 27 / 12 / 2019
XİN: Qazaxıstanda təyyarə qəzasında xəsarət alanlar arasında azərbaycanlılar yoxdur

Ölkəmizin Qazaxıstandakı səfirliyinin verdiyi məlumata əsasən Almatıda baş vermiş təyyarə qəzası nəticəsində xəsarət alanlar arasında azərbaycanlıların olması ilə bağlı hələ ki, məlumat daxil olmayıb.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Qeyd edək ki, Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus "Fokker 100" tipli sərnişin təyyarəsi Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər ölüb, daha 35 nəfər xəsarət alıb.

S.Xankişiyeva

 

Paylaş:
523

Son xəbərlər

Bütün xəbərlər