Bu ölkənin diplomatlar elektromobillərdən istifadəyə keçəcəklər | 1news.az | Xəbərlər
Dünya

Bu ölkənin diplomatlar elektromobillərdən istifadəyə keçəcəklər

12:04 - 30 / 12 / 2019
Bu ölkənin diplomatlar elektromobillərdən istifadəyə keçəcəklər

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən britaniyalı diplomatlar ətraf mühitin mühafizəsi məqsədilə elektromobillərdən istifadəyə keçəcəklər.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın xarici siyasət idarəsinin bəyanatında bildirilir.

Britaniya istehsalı olan elektrik krossoverləri bu ölkənin dünyanın hər yerində yerləşən 30 diplomatik nümayəndəliyinə göndəriləcək.

Böyük Britaniya Xarici İşlər Nazirliyi özünün diplomatik nümayəndəliklərinin damlarında Günəş panelləri quraşdırmaq, həmçinin plastik stəkanların istifadəsindən tamamilə imtina etmək niyyətindədir.

1news.az

Paylaş:
519

Son xəbərlər

Bütün xəbərlər