Avropa İttifaqı İran XİN rəhbərini Brüsselə dəvət edib | 1news.az | Xəbərlər
Dünya

Avropa İttifaqı İran XİN rəhbərini Brüsselə dəvət edib

16:33 - 05 / 01 / 2020
Avropa İttifaqı İran XİN rəhbərini Brüsselə dəvət edib

Avropa İttifaqı (Aİ) İranın Xarici İşlər naziri Cavad Zərifi Brüsselə dəvət edib.

APA-nın xəbərinə görə, Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel və İranın Xarici İşlər naziri Cavad Zərif arasında telefon danışığı olub.

Tərəflər İraqda baş verən son hadisələr, regionda gərginliyin aradan qaldırılmasının vacibliyi və Hərtərəfli Birgə Fəaliyyət Planının saxlanılmasının önəmi barədə fikir mübadiləsi aparıblar.

Cozef Borel general Qasım Süleymaninin öldürülməsi də daxil olmaqla İraqda şiddətli qarşıdurmaların artmasından dərin narahatlığını ifadə edib.

O, İranı təmkinli olmağa, bütün regionu və onun xalqlarını təhlükəyə atan eskalasiyadan çəkinmək üçün istənilən reaksiya barədə diqqətlə düşünməyə çağırıb.

Aİ-nin Ali Nümayəndəsi de-eskalasiya prosesinə töhfə vermək üçün hazır olduğunu ifadə edib.

C.Borel  bildirib ki, regional siyasi həll yolu gərginliyin aradan qaldırılması və sabitliyin bərpası üçün yeganə həldir və Aİ bu istiqamətdə dəstək verməyə hazırdır.

Telefon söhbəti zamanı tərəflər həmçinin İranın nüvə proqramı ilə bağlı olan Hərtərəfli Birgə Fəaliyyət Planını da müzakirə ediblər. Aİ-nin Ali Nümayəndəsi bu sazişdə əsas koordinator rolunu həyata keçirməyə davam edəcəyini və bu sazişin həyata keçirilməsi və dəstəklənməsi üçün sazişdə qalan tərəflərin birliyini qorumaq üçün səylərini davam etdirəcəyini qeyd edib.

Cozef Borel telefon danışığı zamanı müzakirə olunan məsələlərin daha ətraflı müzakirəsi üçün Cavad Zərifi Brüsselə dəvət edib.

Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəliyindən bildirilib ki, tərəflər arasında telefon danışığı baş verən son hadisələrin kontekstində baş tutub.

S.Xankişiyeva

 

Paylaş:
538

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər