“Azərbaycan Dəmir Yolları” qatar qəzasının səbəbini açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan Dəmir Yolları” qatar qəzasının səbəbini açıqlayıb

12:04 - 05 / 01 / 2020
“Azərbaycan Dəmir Yolları” qatar qəzasının səbəbini açıqlayıb

Yanvarın 5-də saat 03:45 radələrində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Qala stansiyasında yol-nəqliyyat hadisəsi baş verib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Mais Mustafa oğlu Kərimovun idarə etdiyi 90-JB-417 dövlət nömrə nişanlı təcili tibbi yardım maşını stansiyanın yaxınlığındakı qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib. Bu zaman nəqliyyat vasitəsi yolla hərəkət edən lokomotivlə toqquşub.

Hadisə nəticəsində təcili tibbi yardım maşınının sürücüsü Mais Kərimov, həkim Zərifə Məmməd qızı Süleymanova, feldşer Bayram Kamal oğlu Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Təcili tibbi yardım maşınına da ziyan dəyib. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzanın nəticələri saat 06:45-də aradan qaldırılıb və qatarların hərəkəti bərpa olunub.

İlkin araşdırma nəticəsində məlum olub ki, təcili yardım maşınının sürücüsü “Yol hərəkəti haqqında” Qanunun 44-cü maddəsinin tələblərini pozub.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

S.Xankişiyeva

 

Paylaş:
738

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər