Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin məbləği açıqlanıb
Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin məbləğini açıqlayıb.
1news.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, fonda cari il yanvar ayının 8-dək 106.891.365,09 AZN, 213.577.88 ABŞ dolları, 17.566 avro və 5000,0 rubl vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb.
Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.
Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
Onu da bildirək ki, Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitləri ilə Müdafiə Nazirliyinin saytında tanış ola bilərsiniz.
1news.az