Göyərtəsində 180 sərnişin olan təyyarə İranda qəzaya uğradı - VİDEO
Tehran yaxınlığında Ukrayna aviaşirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi qəzaya uğrayıb.
“RİA Novosti” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 180 sərnişin olub.
Məlumata görə, hadisə İmam Xomeyni adına beynəlxalq hava limanında qeydə alınıb. Təyyarə uçuşdan az sonra yerə düşüb və partlayıb.
Hadisə nəticəsində təyyarədə olan bütün sərnişinlər və ekipaj üzvü həlak olub.
Hava limanının rəhbəri məlumatı təsdiqləyib. Qəzanın texniki səbəblərdən baş verdiyi bildirilir. Bəzi mənbələr isə təyyarənin İran tərəfindən yanlışlıqla vurulduğunu iddia edirlər.
1news.az
1390