Pentaqon İranın ABŞ-ın İraqdakı aviabazalarına zərbələr endirdiyi faktını təsdiqləyib
İraqın qərbində yerləşən və ABŞ-a məxsus “Eyn əl-Əsəd” hərbi bazasına doqquz raket zərbəsi endirilib.
“Reuters”in məlumatına görə, bundan bir qədər sonra amerikalı rəsmi bir mənbə hücum faktını təsdiqləyib. Onun sözlərinə görə, hücum nəticəsində zərərçəkənlər və ziyan barədə məlumat yoxdur.
“Press TV” telekanalı xəbər verir ki, öz növbəsində İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazasına onlarla raket zərbəsi endirdiyini bildirib.
“SEPAH İraqdakı ABŞ-ın “Eyn-əl-Əsəd” aviabazasına onlarla raket zərbəsi endirilməsini təsdiqləyir”, - deyə telekanalın “Twitter” səhifəsində yazılıb.
“ABC” telekanalının digər bir amerikalı rəsmiyə istinadən bildirdiyinə görə, zərbələr İran ərazisindən ballistik raketlərlə endirilib. Telekanal, həmçinin xəbər verir ki, İran İraqın şimalında, Erbil bölgəsində yerləşən ABŞ obyektlərinə də raket zərbələri endirib.
Amerika obyektlərinə endirilən raket zərbələri barədə artıq prezident Donald Trampa məlumat verilib.
S.Xankişiyeva