Respublika Narkoloji Mərkəzin baş direktoru vəzifəsindən azad edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Respublika Narkoloji Mərkəzin baş direktoru vəzifəsindən azad edildi

17:08 - 14 / 01 / 2020
Respublika Narkoloji Mərkəzin baş direktoru vəzifəsindən azad edildi

Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsindən azad olunub.

1news.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyev bu gün bununla bağlı əmr imzalayıb.

Nazirin əmri ilə Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Səhiyyə nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

1news.az

Paylaş:
1207

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər