Cəbhə xəttində erməni təxribatının qarşısı alınıb | 1news.az | Xəbərlər
Siyasət

Cəbhə xəttində erməni təxribatının qarşısı alınıb

17:27 - 15 / 01 / 2020
Cəbhə xəttində erməni təxribatının qarşısı alınıb

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

Bu barədə 1news.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

"15 yanvar tarixində 16:00 radələrindən başlamaqla Qazax rayonunun Məzəm kəndi istiqamətindəki sərhəd döyüş məntəqələrimiz və Qazax rayon mərkəzindən Məzəm kəndinə gedən avtomobil yolu ER-nın İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfin­dən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub", DSX-dan bildirilib.

S.Xankişiyeva

 

Paylaş:
703

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər