Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün vaxtı məlum oldu | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün vaxtı məlum oldu

12:29 - 17 / 01 / 2020
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün vaxtı məlum oldu

"Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır".

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anji Kaspşiklə görüşüb, o da xarici işlər nazirləri səviyyəsində görüşün baş tutmasını dəstəkləyib:

"Digər hər hansı bir məsələ çıxmasa, bu ayın sonunda XİN başçılarının görüşü nəzərdə tutulur".

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında son görüş 2019-cu ilin dekabrın 4-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavadakı 26-cı iclası çərçivəsində baş tutub.

1news.az

Paylaş:
858

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər