Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

12:05 - 20 / 01 / 2020
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bu gün saat 12:00-da Azərbaycanın bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

1news.az-ın verdiyi xəbərə görə, gəmilər, avtomobillər, qatarlar, metro qatarları bununla əlaqədar səs siqnalları verib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

S.Xankişiyeva

 

Paylaş:
742

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər