Sürətlə yayılan nadir xəstəliyin sirri ortaya çıxdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürətlə yayılan nadir xəstəliyin sirri ortaya çıxdı

15:24 - 22 / 01 / 2020
Sürətlə yayılan nadir xəstəliyin sirri ortaya çıxdı

Çində sürətlə yayılan və sətəlcəmə bənzədilən xəstəliyin sirri ortaya çıxıb.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, koronavirusun insandan insana keçdiyi təsdiqlənib.

Çin mediasında yer alan xəbərlərə görə, Milli Səhiyyə Komissiyası tərəfindən epidemiyanı araşdıran mütəxəssis komandasının rəhbəri Zonq Naşan Quanqdonq əyalətindəki 2 nəfərə virusun ailə üzvlərinin birindən keçdiyinin təsbit edildiyini açıqlayıb.

"Gündəlik Çin" (China Daily) qəzetində virusun tapıldığı xəstələrə qulluq edən bəzi tibb işçilərinin də virusa yoluxduğu xəbəri yer alıb.

Çin Mərkəzi Televiziyasının xəbərinə görə, Prezident Si Cinpin virusun qarşısının alınması üçün təşəbbüs göstərilməsinə dair təlimatlar verib. Prezident partiya komitələri, hökumət və aidiyyəti departamentlərin insanların həyatına və sağlamlığına əhəmiyyət verməsini istəyib.

"Sinxua" agentliyi Çində bu günə qədər sirli virusa 224 nəfərin yoluxduğunu, bunlardan 217-in təsdiq edildiyini yazıb.

Qeyd edək ki, virusa yoluxan 3 nəfər dünyasını dəyişib.

1news.az

Paylaş:
994

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər