Kestutis Yankauskas: Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik | 1news.az | Xəbərlər
Siyasət

Kestutis Yankauskas: Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik

15:53 - 22 / 01 / 2020
Kestutis Yankauskas: Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik

Biz Azərbaycanda növbədənkənar parlament seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə keçiriləcəyini gözləyirik.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

O, Azərbaycanın seçkiləri müşahidə etməsi üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avtopa Şurasından müşahidəçilər dəvət etməsini alqışladıqlarını söyləyib: "Bu missiyaların bir qismi artıq Azərbaycandadır. Yaxın zamanlarda müşahidə missiyasının digər üzvləri də Azərbaycana gələcək.

Hesab edirəm ki, biz həmişə olduğu kimi tərəfdaşlıq əlaqələrimizin möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik".

1news.az

Paylaş:
715

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər