Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib – FOTO

16:36 - 24 / 01 / 2020
Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib – FOTO

Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Facebook hesabında məlumat paylaşıb.

O bildirib ki, yanvarın 23-də məktəbə gedərkən minik avtomobili vuran Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucova ziyarət edilib:

"Onların hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda isə müalicələrini "Baku City Hospital"da davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik".

S.Xankişiyeva

Paylaş:
912

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər