Avstraliya Çindən təxliyə olunanları adaya yerləşdirir | 1news.az | Xəbərlər
Dünya

Avstraliya Çindən təxliyə olunanları adaya yerləşdirir

17:21 - 05 / 02 / 2020
Avstraliya Çindən təxliyə olunanları adaya yerləşdirir

Avstraliya koronavirusun yayıldığı Uxan şəhərindən çarter reysi vasitəsilə təxliyə olunan ilk vətəndaşlarını Qərbi Avstraliyaya gətirib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, 243 nəfər avstraliyalı ölkəyə çatdıqdan dərhal sonra kiçik hərbi təyyarələrlə Mövlud adasına göndərilib. Həmin sərnişinlərdən yalnız ikisi, hamilə qadın və onun həyat yoldaşı Pert şəhərindəki xəstəxanaya aparılıb.

Avstraliyanın Səhiyyə naziri Qreq Xant bildirib ki, təxliyə olunanların müayinəsi zamanı onlardan heç birində koronavirus aşkar olunmayıb. Qeyd edib ki, Uxandan gələnlərin 89-u 16 yaşadək, 5-i isə iki yaşadək uşaqlardır.

Mövlud adasına çatan avstraliyalıları burada həkimlərdən və tibb bacılarından ibarət xüsusi qrup qarşılayıb. Onların adada iki həftə müddətinə karantində saxlanılacağı bildirilir.

Qeyd edək ki, Mövlud adası Pert şəhərindən 2600 kilometr şimal-qərbdə yerləşir.

Avstraliyanın Baş Naziri Skott Morrison isə bəyan edib ki, hökumət Çin rəhbərliyi ilə Uxanda qalan avstraliyalıların təxliyəsi barədə danışıqları davam etdirir.

1news.az

Paylaş:
651

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər