Koronovirusla bağlı zarafat etməsi sərnişinə baha başa gəldi
Kanadanın WestJet hava yollarına məxsus, Torontodan Yamaykaya uçan təyyarə sərnişinin 2019-nCoV koronovirusa yoluxması ilə bağlı zarafatına görə aeroporta qayıtmalı olub.
Bu barədə CBC telekanalı polis idarəsinə istinadla məlumat yayıb.
Belə ki, uçuş zamanı sərnişinlərdən biri zarafat etmək məqsədilə ekipaj üzvünə yaxın zamanlarda koronovirusa yoluxduğu Çindən qayıtdığını deyib. Təyyarənin pilotu xəbəri eşidən kimi göyərtəsində 243 sərnişinlə birlikdə Toronto aeropotuna geri qayıtmaq qərarına gəlib.
Təyyarə eniş etdikdən sonra 29 yaşlı sərnişin aviaşirkətin nüfuzuna ziyan vurmaqda ittiham olunub. Sərnişinin məhkəməsi martın 9-da olacaq.
Lenta.ru
S.Xankişiyeva
849