ABŞ Senatı Trampa impiçment proseduru çərçivəsində bəraət qazandırıb | 1news.az | Xəbərlər
Dünya

ABŞ Senatı Trampa impiçment proseduru çərçivəsində bəraət qazandırıb

09:56 - 06 / 02 / 2020
ABŞ Senatı Trampa impiçment proseduru çərçivəsində bəraət qazandırıb

ABŞ Konqresinin Senatı ölkə prezidenti Donald Trampa impiçment proseduru çərçivəsində bəraət qazandırıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, D.Trampa impiçment proseduru çərçivəsində ittihamın hər iki bəndi - səlahiyyətlərdən sui-istifadə və Konqresə mane olmaq üzrə bəraət qazandırılıb.

İlk maddənin lehinə 48, əlehinə - 52 senator, ikinci maddənin lehinə 47, əlehinə isə 53 senator səs verib.

Beləliklə, impiçment prosesi başa çatıb.

1news.az

Paylaş:
628

Son xəbərlər

Bütün xəbərlər