Bred Pitt “Oskar” mükafatı alıb | 1news.az | Xəbərlər
Dünya

Bred Pitt “Oskar” mükafatı alıb

09:35 - 10 / 02 / 2020
Bred Pitt “Oskar” mükafatı alıb

Məşhur aktyor Bred Pitt Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatını alıb.

Bu nüfuzlu mükafata aktyor “Bir dəfə Hollivudda” filmindəki ikinci roluna görə layiq görülüb.

Mükafatın 92-ci təqdimetmə mərasimi Los-Ancelesin “Dolbi” teatrında keçirilib.

İkinci rola görə mükafata layiq görülənlər arasında, həmçinin Tom Henks (“Qonşuluq üzrə çox gözəl gün”), Al Paçino (“İrlandiyalı”), Co Peşi (“İrlandiyalı”) və Entoni Xopkins (“İki ata”) də var.

Xatırladaq ki, rejissor Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filmi ən çox məşhurun bir arada olduğu ekran işidir. Burada Leonardo di Kaprio, Bred Pitt, Marqo Robbi, Al Paçino və Kurt Rassel kimi dünya şöhrətli sənətçilər yer alıb.

RİA Novosti

S.Xankişiyeva

 

 

Paylaş:
639

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər