Bakı aeroportunda gözə görünməyən məhdudiyyətləri olan sərnişinlər üçün imkanlar yaradılıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı aeroportunda gözə görünməyən məhdudiyyətləri olan sərnişinlər üçün imkanlar yaradılıb – FOTO

12:36 - 11 / 02 / 2020
Bakı aeroportunda gözə görünməyən məhdudiyyətləri olan sərnişinlər üçün imkanlar yaradılıb – FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu postsovet məkanında ilk dəfə olaraq “gözə görünməyən” və ya “gizli” məhdudiyyətləri olan sərnişinlərə xüsusi yardım təklif etməyə başlayıb.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, gözə görünməyən məhdudiyyətlərə demensiya, Altsheymer, autizm və s. daxildir.

Məlumata əsasən, bu cür əlilliyi olan insanlar zahiri heç bir sağlamlıq və yaxud hərəkət məhdudiyyəti göstərmir, lakin hava limanının işçiləri tərəfindən əlavə dəstək və diqqətə ehtiyac duyurlar. Layihənin əsas məqsədi xüsusi ehtiyacları olan sərnişinlər üçün uçuşları daha rahat və az həyəcanlı etməkdir.

Paytaxtın hava limanı “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən verilmiş və yaxud müvafiq beynəlxalq vəsiqə olduğu təqdirdə gözə görünməyən məhdudiyyətləri olan sərnişinə prioritet qaydada xidmət göstərəcək.

Hava limanında bu cür sənəd təqdim edən sərnişinlərə gizli əlilliyin beynəlxalq simvolu olan sarı günəbaxan naxışlı müvafiq lanyard veriləcək. Lanyard Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyi, qeydiyyat, habelə sərhəd və gömrük xidmətləri əməkdaşlarına görünməz əlilliyi olan sərnişinləri müəyyənləşdirməyə kömək edəcək.

 “Hava səyahətləri autizm diaqnozlu uşaqlar və böyüklər, eləcə də onların ailələri və səyahət yoldaşları üçün xüsusi problemlər yarada bilər. Şadam ki, fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan 1-ci “Fərqli Fərdlər” konqresinin təşkilatçısı “CEO” şirkətinin, Autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzinin dəstəyi ilə fərqli inkişaf xüsusiyyətlərinə malik olan sərnişinlər üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda əlçatan bir mühitin yaradılmasına töhfə verən ilklərdən olduq. "Azərbaycan Hava Yolları" QSC Mərkəzlə birgə layihələrə, autist spektrin pozulması olan uşaqlara xüsusi diqqət yetirərək, dəstək verməyə davam edəcək", - deyə AZAL-ın icraçı direktorunun birinci müavini Cəmil Manizadə bildirib.

 “Autizm spektr pozuntusu diaqnozlu uşaqlar dünyanı bir qədər fərqli qavrayır, ətraf mühit bəzən onlara qıcıqlandırıcı təsir göstərə bilər. Lakin onlar xeyirxah və mərhəmətlidirlər. AZAL və Heydər Əliyev Beynəlxalq Aeroportuna məhdudiyyətləri olan insanlara rahat və yüksək keyfiyyətli xidmət göstərdikləri üçün təşəkkürümüzü bildiririk”, – deyə “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova bildirib.

S.Xankişiyeva

Paylaş:
3695

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər