Bu məşhurlar deputat ola bilmədi – SİYAHI | 1news.az | Xəbərlər
Siyasət

Bu məşhurlar deputat ola bilmədi – SİYAHI

13:55 - 12 / 02 / 2020
Bu məşhurlar deputat ola bilmədi – SİYAHI

Fevralın 9-da keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı diqqət çəkən məqamlardan biri də bəzi tanınmış simaların deputat seçilməməsidir.

1news.az redaktor.az-a istinadən parlamentdən kənarda qalan məşhurların bəzilərini təqdim edir:

  1. 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizəd Günel Səfərova (“Vətəndaş” tədqiqat və inkişaf ictimai birliyinin sədri);
  2. 15 saylı Yasamal birinci seçki dairəsindən namizəd Arif Hacılı (Müsavat Partiyasının başqanı);
  3. 19 saylı Nərimanov birinci seçki dairəsindən namizəd İsa Qəmbər (Müsavat Partiyasının keçmiş başqanı);
  4. 21 saylı Nəsimi birinci seçki dairəsindən namizəd Fərhad Mehdiyev (Beynəlxalq hüquq üzrə professor);
  5. 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd Taleh Şahsuvarlı (Sosial İnformasiya Agentliyinin direktor, jurnalist);
  6. 24 saylı Nizami birinci seçki dairəsindən namizəd Nəsiman Yaqublu (Bakı Dövlət Universiteti, Mətbuat tarixi kafedrasının professoru);
  7. 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəd Emil Şahzadə (Azərbaycan televiziya və radio verilişləri QSC-də direktor müavini, aparıcı);
  8. 33 saylı Xətai birinci seçki dairəsindən namizəd Fuad Abbasov (“Misra” İnformasiya Mübadiləsi və Təşəbbüs İctimai Birliyinin sədri, jurnalist);
  9. 35 saylı Xətai üçüncü seçki dairəsindən namizəd İqbal Ağazadə (Ümid Partiyasının sədri);
  10. 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizəd Günel Eyvazlı (Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin kitabxana müdiri, şair);
  11. 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizəd Elza Seyidcahan (Əməkdar artist);
  12. 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd İlkin Xəlilov (“Azad Azərbaycan” müstəqil teleradio kompaniyasinda redaktor);
  13. 55 saylı Xaçmaz şəhər seçki dairəsindən namizəd Azər Həsrət (Jurnalist);
  14. 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizəd Kamil Musavi (İbadət “Carçıoğlu group” MMC-də direktor müşaviri, qazi);
  15. 61 saylı Neftçala seçki dairəsindən namizəd Kamran Əsədov (Təhsil Xidmətləri Araşdırma və Təhlil mərkəzinin direktoru, təhsil eksperti);
  16. 73 saylı Lənkəran şəhər seçki dairəsindən namizəd Yadigar Sadıqlı (Müsavat Partiyasının üzvü);
  17. 81 saylı Beyləqan seçki dairəsindən namizəd Zülfiyyə Bayramova (ATV telekanalının “Qanunla biz” verilişində layihə rəhbəri);
  18. 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizəd Ləman Ələşrəfqızı (Real TV-nin əməkdaşı);
  19. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizəd Afət Telman qızı (Real TV-nin əməkdaşı);

1news.az

Paylaş:
901

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər