Azərbaycanın dəmir yolu nəqliyyatında gediş haqqı bank kartı ilə ödəniləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın dəmir yolu nəqliyyatında gediş haqqı bank kartı ilə ödəniləcək

11:14 - 12 / 02 / 2020
Azərbaycanın dəmir yolu nəqliyyatında gediş haqqı bank kartı ilə ödəniləcək

Azərbaycan Mərkəzi Bankı (AMB) və “Azərbaycan Dəmir Yolları” QSC dəmir yolu nəqliyyatında gediş haqqının bank kartı ilə ödənilməsi üçün layihə həyata keçirir.

“Report” xəbər verir ki, bu barədə AMB-nin baş direktoru Fərid Osmanov Bakıda keçirilən “Visa Cashless Forum”da bildirib.

Onun sözlərinə görə, layihə “Visa” beynəlxalq kart təşkilatının dəstəyi ilə reallaşdırılır.

“Düşünürəm ki, tezliklə dəmir yolu nəqliyyatında bank kartı ilə ödəniş mümkün olacaq”, - deyə AMB rəsmisi qeyd edib.

S.Xankişiyeva

 

Paylaş:
512

Son xəbərlər

Bütün xəbərlər