Bu məntəqələrdə səsvermənin nəticələri ləğv olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu məntəqələrdə səsvermənin nəticələri ləğv olundu

12:11 - 13 / 02 / 2020
Bu məntəqələrdə səsvermənin nəticələri ləğv olundu

Parlament seçkiləri ilə əlaqədar 111 saylı Zaqatala Seçki Dairəsi üzrə 2, 123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə 1 seçki məntəqəsində səsvermənin nəticəsi ləğv olunub.

1news.az-ın verdiyi xəbərə görə, 111 saylı Zaqatala Dairə Seçki Komissiyasının sədri Zöhrab İsmayılov APA-ya açıqlamasında deyib.

O, bildirib ki, dairə üzrə 4 və 43 saylı seçki məntəqələrində müəyyən qayda pozuntularına yol verilməsi ilə bağlı komissiyaya məlumat daxil olub.

Daxil olan şikayət araşdırılıb və həmin məntəqələrdə müəyyən qanun pozuntularına yol verildiyi təsdiq olunub. Komissiyanın qərarı ilə həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılıb.

123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasının sədri Adil Murtuzayev də APA-ya açıqlamasında bildirib ki, dairə üzrə 10 saylı seçki məntəqəsində seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığına görə, həmin məntəqədə səsvermənin nəticələri ləğv edilib.

Qeyd edək ki, MSK-nın açıqladığı ilkin nəticələrə əsasən, 111 saylı Zaqatala seçki dairəsi üzrə Kamilə Əliyeva 53, 9% səslə, 123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyini irəli sürmüş Aqil Məmmədov isə (Kəlbəcər İH başçısı) 71,8% səslə  lider idilər.

ATƏT və AŞPA müşahidəçiləri parlament seçkiləri ilə bağlı rəyini açıqlayıb – FOTO

MSK seçkilərin ilkin nəticələrini açıqladı - SİYAHI

S.Xankişiyeva

 

Paylaş:
1163

Son xəbərlər

Bütün xəbərlər