Məşhur rəsm əsəri 29,8 milyon dollara satıldı | 1news.az | Xəbərlər
Dünya

Məşhur rəsm əsəri 29,8 milyon dollara satıldı

16:03 - 14 / 02 / 2020
Məşhur rəsm əsəri 29,8 milyon dollara satıldı

İngilis rəssamı Devid Hokninin "The Splash" (Çıləmə) rəsm əsəri İngiltərə paytaxtında 23.1 milyon funt sterlinqə (29,8 milyon dollar) satılıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə "Sotheby's" hərrac evi fevralın 11-də xəbər verib.

1966-cı ildə çəkilən rəsm sonuncu dəfə 2006-cı ildə satışa çıxarılıb.

Ümumilikdə, 1937-ci ildə anadan olan sənətkar pop-art üslubunda Kaliforniyada müasir bir evin qarşısında yerləşən hovuzda su sıçrayışını təsvir edən üç rəsm əsəri çəkib. Fevralın 11-də London auksionunda satılan rəsmdən əlavə, 1966-cı ildə kətan üzərində yazılmış və şəxsi kolleksiyada saxlanılan "Small Splash" və "Big Splash" əsərləri var.

1news.az

Paylaş:
1369

Son xəbərlər

Bütün xəbərlər