Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

18:00 - 15 / 02 / 2020
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşmən tərəfindən açılan atəş nəticəsində ordumuzun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Nazirlik, həmçinin bəyan edib ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

Paylaş:
1148

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər