Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb

16:17 - 18 / 02 / 2020
Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb

Buraxılış imtahanlarının əvvəlcədən elan edilmiş tarixlərə uyğun olaraq şəhər və rayonlar üzrə keçirilmə qrafiki, eləcə də Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək digər tədbirlərin tarixləri müəyyən olunub.

1news.az DİM-ə istinadən şəhər və rayonlar üzrə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçiriləcəyi günləri təqdim edir:

S/s

İmtahan keçiriləcək bölgələr


Buraxılış imtahanlarının keçirilmə tarixləri


Ümumi orta təhsil səviyyəsi üzrə (1-ci mərhələ)

Ümumi orta təhsil səviyyəsi üzrə (2-ci mərhələ)

Tam(11 illik) orta təhsil səviyyəsi üzrə

1

Bakı (Nərimanov, Səbail, Yasamal, Nəsimi, Nizami, Binəqədi, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı), Naxçıvan MR, Şirvan, Hərbi liseylər*


01 mart 2020

14 iyun 2020


05 aprel 2020

2

Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Ağstafa, Qazax, Tovuz, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Lerik, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə,Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran


09 mart 2020

07 iyun 2020


12 aprel 2020

3

Şəmkir, Gədəbəy, Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Balakən, Zaqatala, Qax,Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı, Xüsusi məktəblər-Bakı*


15 mart 2020

21 iyun 2020


19 aprel 2020

Məcburi köçkün rayonlarının məktəblərində təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarda imtahan verəcəklər.

C.Naxçıvanski adına Hərbi lisey (Bakı) və Heydər Əliyev adına Hərbi liseylərdə (Naxçıvan) təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarla eyni tarixdə imtahan verəcəklər.

Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrinin şagirdləri müvafiq siniflər üzrə 3-cü imtahan günündə (istiqaməti) imtahan verəcəklər.

1news.az

Paylaş:
858

Son xəbərlər

Bütün xəbərlər