Amerikalı alimdən Paşinyana sərt cavab - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Amerikalı alimdən Paşinyana sərt cavab - FOTO

09:48 - 18 / 02 / 2020
Amerikalı alimdən Paşinyana sərt cavab - FOTO

Nikol Paşinyan, siz Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağın Ermənistandan ayrı hüquqi subyekt olduğunu bəyan etmisiniz. O zaman niyə sizin öz oğlunuz Dağlıq Qarabağda xidmət edir?

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, bunu beynəlxalq münasibətlər sahəsində ekspert, Corctaun İnstitutunun professoru Brenda Şaffer Ermənistanın Baş nazirinin konfransdakı bəyanatını şərh edərkən bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən il özünün "Facebook" səhifəsində, Dağlıq Qarabağda xidmət edən oğlu Aşot və həyat yoldaşı Anna Akopyanla birlikdə şəklini paylaşmışdı. Şəklin altında o, "Artsax D.A. hərbçisi, sıravi Paşinyanla", - şərh yazmışdı.

Xatırladaq ki, fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri keçirilib. Ekspertlərin fikrincə, debatda Paşinyan tam fiaskoya uğrayıb, özünü və ölkəsini gülünc vəziyyətə salıb.

1news.az

Paylaş:
723

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər