Azərbaycanda Zərgərlər Assosiasiyası yaradılacaq – NAZİR | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda Zərgərlər Assosiasiyası yaradılacaq – NAZİR

12:20 - 18 / 02 / 2020
Azərbaycanda Zərgərlər Assosiasiyası yaradılacaq – NAZİR

Azərbaycanda Zərgərlik Assosiasiyasının yaradılması zəruridir.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” adlı konfransda deyib.

Nazir bildirib ki, ölkədə zərgərlik işinin dəstəklənməsinin təmin olunması üçün Zərgərlik Assosiasiyasının yaradılması zəruridir.

Onun sözlərinə görə, ölkənin sosial-iqtisadi inkişafı çərçivəsində İqtisadiyyat Nazirliyi qarşısında dayanan əsas tapşırıqlardan biri kiçik və orta sahibkarlıq sahələrində orta və uzun müddətdə rəqabətin təmin olunmasıdır:

“Bu, qiymətli metalların hasilatında və xüsusilə də zərgərlik biznesinin inkişafı kimi tapşırıqlarda əks olunur”.

1news.az

Paylaş:
1174

Son xəbərlər

Bütün xəbərlər