Aydın Mirzəzadənin lider olduğu seçki dairəsində 3 məntəqənin nəticələri ləğv olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Aydın Mirzəzadənin lider olduğu seçki dairəsində 3 məntəqənin nəticələri ləğv olunub

17:27 - 19 / 02 / 2020
Aydın Mirzəzadənin lider olduğu seçki dairəsində 3 məntəqənin nəticələri ləğv olunub

Mərkəzi Seçki Komissiyası (MSK) 47 saylı Mingəçevir şəhər seçki dairəsi ilə bağlı bir neçə məntəqədə seçkinin nəticələrini ləğv edib.

1news.az xəbər verir ki, MSK üzvü Baxşeyş Əsgərov çıxışı zamanı Mingəçevir seçki dairəsi üzrə daxil olan müraciətdə bir sıra seçki məntəqələrində pozuntuların olduğu deyib və səsvermənin nəticələrinin ləğv edilməsi xahiş edib.

B.Əsgərov bildirib ki, araşdırma zamanı 9, 17 və 21 saylı seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar aşkar edilib. O, həmin seçki məntəqələrində səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

Xatırladaq ki, 47 saylı Mingəçevir şəhər seçki dairəsində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Aydın Mirzəzadə liderdi.

Qafar Ağayev

Paylaş:
585

Son xəbərlər

Bütün xəbərlər