Paşinyandan sensasion status: “Xocalını ruslar törədib” - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Paşinyandan sensasion status: “Xocalını ruslar törədib” - FOTO

14:47 - 20 / 02 / 2020
Paşinyandan sensasion status: “Xocalını ruslar törədib” - FOTO

Ermənistan Baş nazir Nikol Paşinyan fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə debatda aldığı ağır təəssüratdan çıxa bilmir.

1news.az axar.az-a istinadən xəbər verir ki, ölkəsinə qayıtdıqdan sonra Paşinyan Xocalı soyqırımı məsuliyyətini sələflərinin və ümumiyyətlə, ermənilərin üzərindən atmaq üçün bir status paylaşıb.

Status belədir:

"Fakt fakt olaraq qalır: Xocalıda azərbaycanlıların qırğınının Azərbaycandakı ermənilərlə ortaq heç nəyi yoxdur, bunu Rusiyanın 366-cı alayı edib. Bu faciədə bizim günahımız yoxdur".

Bundan təxminən bir neçə dəqiqə sonra isə Paşinyan ciddi siyasi səhvə yol verdiyini anlayıb və paylaşımını silib.

Əvəzində isə bu sözləri saxlayıb:

"Fakt fakt olaraq qalır".

Qeyd edək ki, sözügedən statuslar skrin edilərək, erməni mediasında paylaşılıb.

1news.az

Paylaş:
845

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər