Qiyməti 1,6 milyard dollar olan yeni superkompüter hazırlanır
            
            
            Böyük Britaniya hökuməti dəyəri 1,6 milyard dollar olan superkopmpüter hazırlayacaq. Hazırlanacaq superkompüter hava proqnozunu daha dəqiq müəyyənləşdiirlməsinə imkan verəcək.
1news.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın biznes, energetika və sənayenin strategiyasə məsələləri üzrə nazirliyi məlumat yayıb. "Yeni texnologiyanın köməyi ilə vaxtında hava proqnozunu müəyyən edə biləcəyik. Bu iqlim dəyişikliklərinin baş verdiyi bir mərhələdə çox vacibdir"- nazirliyin meteoroloji xidmətinin icraçı drektoru Peni Endersbi deyib.
Yeni superkompüter 2022-ci ilədək hazır olacaq.
Mütəxəssislərin fikrincə, yeni superkompüter hazır olduqdan sonra  tufanların, daşqınların vuracağı ziyanın həcmini azaltmaq mümkün olacaq.
Yeni kompüter Britaniya  hökumətinin eyni zamanda  qlobal istiləşməyə qarşı mübarizəsinin  tərkib hissəsi hesab olunur.
1news.az










