Daha 2 məntəqədə seçkilərin nəticələri ləğv edilib | 1news.az | Xəbərlər
Siyasət

Daha 2 məntəqədə seçkilərin nəticələri ləğv edilib

18:06 - 25 / 02 / 2020
Daha 2 məntəqədə seçkilərin nəticələri ləğv edilib

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

1news.az-ınTrend-ə istinadən məlumatına görə, həmin dairədən daxil olan müraciətdə seçki günü qanun pozuntularına yol verildiyi bildirilib.

MSK üzvü Tofiq Həsənov deyib ki, komissiya tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular yalnız 4 və 6 saylı seçki məntəqələndə öz əksini tapıb. T.Həsənov həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

1news.az

Paylaş:
778

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər