“Mərcan” – böyüklərə hörmət, həyata məhəbbət nümayiş etdirdi! – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Mərcan” – böyüklərə hörmət, həyata məhəbbət nümayiş etdirdi! – FOTO – VİDEO

10:45 - 25 / 02 / 2020
“Mərcan” – böyüklərə hörmət, həyata məhəbbət nümayiş etdirdi! – FOTO – VİDEO

Müdriklərdən biri deyib: “Bizi xoşbəxtliyə aparan bir neçə qısa yol var – onlardan biri rəqsdir”.

İnanılmaz gücə sahib rəqs insana sevinc, xoşbəxtlik hissi yaşadır. Bəzən keçmişə aparır, xatırələri canlandırır,bəzən də gələcək üçün yeni xoş xatirələr yaradır.

Rəqs sadəcə xoş-əhval ruhiyyə deyil, həm də fiziki hərəkətdir. Tədqiqatlar göstərir ki, rəqs tərzindən asılı olmayaraq müntəzəm rəqs edən yaşlılar etməyən yaşlılara nisbətən daha sağlam, tarazılığı saxlaya bilən və daha güclü idraka malik olurlar. Rəqs depresiyaya, yaddaş pozuntusuna, yuxuya müsbət təsir göstərir və ürək infarktından qoruyur.

Yaponiyanın uzunömürlülər diyarı olan Okinavada təqaüdə çıxan bütün yaşlılar rəqs klublarına gedir, həftədə bir neçə gün rəqs edirlər. Bəzi alıimlər Okinavalıların 100 ildən çox yaşama səbəbini məhz bu fəallıqda görürlər.

Çağdaş dövrdə yaşayan yaşlılarımızın da hərəkətsizliyini nəzərə alaraq “Mərcan” istehsalçısı Müharibə və Əmək veteranları pansionatının sakinləri üçün mütəmadi rəqs dərsləri təşkil etməyə qərar verib. Şirkət ilk rəqs sessiyasını 14 fevral – Sevgililər Günündə keçirməklə böyüklərə hörmət, həyata məhəbbət və rəqsə olan sevgini nümayiş etdirib. Təşkilatçılar inanır ki, bu rəqs seansları ahılların fiziki və zehni sağlamlığına müsbət təsir göstərəcək, həyatlarına sevinc qatacaq.

Paylaş:
669

Son xəbərlər

Bütün xəbərlər