Britaniya hökuməti Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

Britaniya hökuməti Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb

11:47 - 25 / 02 / 2020
Britaniya hökuməti Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb

Böyük Britaniya hökuməti fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda Mərkəzi Seçki Komissiyasının seçkilərin şəffaf keçirilməsi ilə bağlı səyləri qeyd edilir. Sənəddə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun yekun qiymətləndirmə hesabatının gözlənildiyi bildirilir.

Vurğulanır ki, Böyük Britaniya azərbaycanlı qanunvericiləri qəbul etməyə və qarşılıqlı maraq doğuran bütün məsələlərdə məhsuldar əməkdaşlıq etməklə islahatları dəstəkləməyə davam edəcək. Britaniya, həmçinin yeni parlamentlə əməkdaşlıq etməyə hazırdır.

ATƏT və AŞPA müşahidəçiləri parlament seçkiləri ilə bağlı rəyini açıqlayıb – FOTO

MSK seçkilərin ilkin nəticələrini açıqladı - SİYAHI

S.Xankişiyeva

 

Paylaş:
367

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər