Bakı və Abşeron yarımadasında tozun miqdarı normadan 2,6 dəfə çoxdur | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı və Abşeron yarımadasında tozun miqdarı normadan 2,6 dəfə çoxdur

17:25 - 26 / 02 / 2020
Bakı və Abşeron yarımadasında tozun miqdarı normadan 2,6 dəfə çoxdur

"Hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır. Buna səbəb dünənki külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman  və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsidir". 

1news.az-ın xəbərinə görə, bunu Ətraf Mühit üzrə Milli Monotorinq Departamentinin direktoru  Ramal Bağırov bildirib.

O qeyd edib ki, hazırda tozun miqdarı sanitar normadan 2,6 dəfə çoxdur. Tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal olunur.

1news.az

Paylaş:
558

Son xəbərlər

Bütün xəbərlər