Bir mesaj həyatınızı məhv edə bilər – Sosial çarx | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir mesaj həyatınızı məhv edə bilər – Sosial çarx

17:30 - 26 / 02 / 2020
Bir mesaj həyatınızı məhv edə bilər – Sosial çarx

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sükan arxasında diqqətin yayınması ilə bağlı sosial çarx hazırlayıb. Sujet xəttində xanımla görüşə tələsən gənc mobil telefonla mesaj yazır və cavab verir. Nəticədə yolu keçən azyaşlı piyadanı vurur. 

Videoçarx barədə danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov 1news.az-a bildirib ki, təəssüf sürücülər sükan arxasında diqqəti yayındıran işlər görürlər.

 "Bu da əksər hallarda qəzalara səbəb olur. Xüsusilə mobil telefondan istifadə halları diqqəti yayındıran əsas amildir. Sürücülər sükan arxasında mesaj yazır, gözləri telefonda qalır. Bu vaxt isə diqqətin yayınması qəzaya səbəb olur. Sürücülərə tövsiyə edirik ki, diqqəti yayındıran əməllərə yol vermısilər ki, getdikləri ünvana çata bilsinlər”.

Qafar Ağayev

Paylaş:
594

Son xəbərlər

Bütün xəbərlər