Ganjlik Mall: Təhlükəsizlik siqnalı səhvən işləyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ganjlik Mall: Təhlükəsizlik siqnalı səhvən işləyib

16:30 - 27 / 02 / 2020
Ganjlik Mall: Təhlükəsizlik siqnalı səhvən işləyib

Sosial şəbəkələrdə Ganjlik Mall ticarət mərkəzində quraşdırılmış təhlükəsizlik siqnalının çalındığı və insanların təcili çölə çıxarıldığı ilə bağlı məlumat yayılıb.

“Amerikansayağı Bakı” Facebook səhifəsində ticarət mərkəzində həyəcanlı anlar zamanı çəkilmiş kadrı paylaşıb.

Kadrlardan həyəcan siqnalının necə çalındığı görünür, kadrarxası səs isə vətəndaşların ticarət mərkəzini tərk etmələrini xahiş edildiyini bildirir.

Vəziyyətə aydınlıq gətirilmək üçün 1news.az ticarət mərkəzi ilə əlaqə saxlayıb, məlum olub ki, təhlükəsizlik siqnalı səhvən çalınıb:

“Heç bir problem qeydə alınmayıb”.

S.Xankişiyeva

 

 

Paylaş:
456

Son xəbərlər

Bütün xəbərlər