“Azərenerji”dən “qəza” ilə bağlı açıqlama

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti Bakıda elektrik enerjisinin verilişində fasilənin yaranma səbəblərini açıqlayıb.
Qurumun İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev 1news.az-a bildirib ki, Bakının Suraxanı və Nizami rayonlarının bəzi ərazilərini əhatə edən yüksək gərginlikli xətdə baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Əməliyyat heyətinin operativ fəaliyyəti nəticəsində elektrik enerjisinin verilişi bərpa edilib.
Qafar Ağayev
515