Enerji kəsilməsi dəmir yollarına necə təsir edib? – RƏSMİ AÇIQLAMA

"Paytaxtın bəzi ərazilərində elektrik enerjisi təchizatında yaranan problem dəmir yollarında qatarların hərəkətinə əsaslı təsir göstərməyib”.
Bu barədə 1news.az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib. Bildirilib ki,hazırda qatarlar qrafik üzrə hərəkətdədir.
“Amma elektrik enerjisinin kəsilməsi tabloların fəaliyyətinə təsir göstərib. Buna görə də,bəzi istiqamətlər üzrə qatarlar mənzil başına 3-5 dəqiqə ləngimə ilə çatıb”.
Qafar Ağayev
870