Azərbaycanda koronavirusa yoluxan ilk şəxsin vəziyyəti ilə bağlı açıqlama - RƏSMİ

1997-ci il təvəllüdlü Rusiya vətəndaşı yüksək hərarətlə xüsusi karantin mərkəzinə aparılıb və lazımi analizlər götürülüb.
Nəticədə həmin şəxsin koronavirusa yoluxduğu müəyyənləşib.
1news.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
“Hazırda onun vəziyyəti stabildir. Həmin xəstə xüsusi boks şəraitində saxlanılır. Sərhəd keçid məntəqələrində iki mərhələli yoxlamalar mövcuddur”.
Y.Qarayeva qeyd edib ki, bütün xəstəxanalarda işçilərdən qoruyucu vasitələrlə təmin olunub:
"Bütün ehtiyac olan dərmanlarla xəstəxanalar təmin olunub. Qobustan, Astara və Cəlilabad rayon xəstəxanaları, dəstək olaraq Biləsuvar, Masallı və Bakıda 1 saylı Kliniki Tibbi Mərkəz, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və 7 saylı Uşaq xəstəxanası ayrılıb".
Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir – CANLI YAYIM
S.Xankişiyeva