Əgər bu əlamətlər varsa dərhal həkimə müraciət edin - QƏRARGAH | 1news.az | Xəbərlər
Cəmiyyət

Əgər bu əlamətlər varsa dərhal həkimə müraciət edin - QƏRARGAH

18:24 - 28 / 02 / 2020
Əgər bu əlamətlər varsa dərhal həkimə müraciət edin - QƏRARGAH

"Ölkədə koronavirusdan şübhələnən şəxs bütün ərazilərdə təcili tibbi yardım stansiyaları, yaxınlıqdakı xəstəxana və ya digər tibb müəssisəsinə müraciət etməlidir".

1news.az məlumatın görə, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Vasif Əliyev koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

O deyib ki,  yüksək qızdırma, öskürək, əzələ ağrıları, burun axması olan xəstələr dərhal tibb müəssisəsinə müraciət etməlidirlər: "Həmin tibb müəssisələrinin əməkdaşları dərhal həmin xəstəni nəzarətə götürəcək. Xəstədən analiz götürüləcək və müayinə ediləcək. Əgər onda koronavirus şübhəsi aşkar edilərsə, dərhal xəstə karantinə götürüləcək".

Qafar Ağayev

Paylaş:
764

Son xəbərlər

Bütün xəbərlər