Azərbaycanda koronavirus şübhəsi ilə 224 nəfər karantində saxlanılır

Azərbaycanda hazırda koronavirus şübhəsi ilə 224 nəfər karantində saxlanılır.
1news.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.
“Həmin şəxslərdən 1-i İtaliya, 12-si İran, 7-si digər ölkə vətəndaşlarıdır: "Həmin şəxslər müalicə olunmur. Hazırda onlardan müayinələr götürülüb və cavablar gözlənilir. Cavablar gələnə qədər onlar karantində saxlanılacaq”.
S.Xankişiyeva
951