Prezident Administrasiyasının şöbə müdiri İlqar Məmmədovla görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Prezident Administrasiyasının şöbə müdiri İlqar Məmmədovla görüşüb

12:19 - 29 / 02 / 2020
Prezident Administrasiyasının şöbə müdiri İlqar Məmmədovla görüşüb

Prezident Administrasiyasının (PA) təmsilçisi ReAL Partiyasının sədri İlqar Məmmədovla görüş keçirib.

Bu barədə İ.Məmmədov özü bildirib.

Onun sözlərinə görə, "Respublika" qonaq evinin konfrans zalında keçirilən görüş PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti əsasında baş tutub:

"Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə ReAL sədri olaraq görüşdüm, söhbət etdik. Hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq".

Qeyd edək ki, bundan əvvəl PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynlə görüş keçirmişdi.

Paylaş:
943

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər