Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır - FOTO - VİDEO

15:33 - 02 / 03 / 2020
Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır - FOTO - VİDEO

Genişmiqyaslı komanda-qərargah təlimlərinin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

1news.az

Paylaş:
439

Son xəbərlər

Bütün xəbərlər