Bu yollarda sürət həddi endirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu yollarda sürət həddi endirildi

09:32 - 02 / 03 / 2020
Bu yollarda sürət həddi endirildi

"Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi müvafiq olaraq endirilib".

Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bu barədə bildirilib.

Agentlikdən qeyd edilib ki, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

"Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik", - deyə məlumatda əlavə edilib.

Qafar Ağayev

Paylaş:
417

Son xəbərlər

Bütün xəbərlər