Təhsil Nazirliyi “Məsti Xumar” mahnısının sədaları altında rəqs edən müəllimədən danışdı – VİDEO

Bir neçə gün öncə sosial şəbəkələrdə Azərbaycanın orta məktəblərindən birində müəllimənin sinifdə “Məsti Xumar” mahnısının sədaları altında rəqs etməsi ilə bağlı video yayılmışdı.
Video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilərin çoxu müəllimənin bu hərəkətini qınayıb.
1news.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasında bildirib ki, sözügedən müzakirələri dəyərləndirirlər: “Düşünmürük ki, burda nəsə qeyri-adi hadisə baş verib. Sadəcə olaraq, müəllimə özünün fərdi iş vaxtında musiqi sədası altında rəqs edib. Burda qeyri-adi və əcaib bir forma görmürük. Hər bir insanın gündəlik həyatında baş verə biləcək bir andır. Mənə elə gəlir ki, bizim mediada bu hadisəyə aqressiv və tünd rənglərin verilməsi doğru deyil”.
S.Xankişiyeva