İcra Hakimiyyətindən güclü küləklə bağlı XƏBƏRDARLIQ

Bakı Şəhər İcra Hakimiyyəti güclü küləklə bağlı sakinlərə və sürücülərə xəbərdarlıq edib.
BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, hazırda əsən güclü külək ağacların aşma ehtimalını artırır:
"Güclü külək hətta sağlam ağacları da aşıra bilər. Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür".
S.Xankişiyeva
398