Bakıda “Uşaq xəstəliklərinin diaqnoz və müalicəsində multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Uşaq xəstəliklərinin diaqnoz və müalicəsində multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib

11:32 - 02 / 03 / 2020
Bakıda “Uşaq xəstəliklərinin diaqnoz və müalicəsində multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib

Fevralın 29-da Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı ilə “Uşaq xəstəliklərinin diaqnoz və müalicəsində multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə Azərbaycanın aparıcı dövlət və özəl tibb müəssisələrində çalışan yüksəkixtisaslı pediatrlar iştirak ediblər. Tədbiri giriş sözü ilə Mərkəzi Gömrük Hospitalının rəis müavini Ceyla Əhmədxanova açaraq, seminar iştirakçılarını salamlayıb, müasir dövrdə pediatriyanın inkişafından və Mərkəzi Gömrük Hospitalında uşaq xəstəliklərinin müalicəsində yeni yanaşmalardan danışıb.

Tədbirin rəsmi açılışının sonunda  Mərkəzi Gömrük Hospitalının fəaliyyətini və nailiyyətlərini əks etdirən video çarxın nümayişi  iştirakçılar tərəfindən maraqla izlənib. Seminarda Məkəzi Gömrük Hospitalının həkim kardioloqu Nəsimi Cabbarov “Uşaqlarda ürək qüsurlarının aşkarlanmasında pediatrın rolu” və uşaq cərrahı Vüsal Cəfərov “Yenidoğulmuşlarda uroloji problemlər: erkən aşkarlanmanın əhəmiyyəti” mövzusunda təqdimatla çıxış ediblər.

Mərkəzi Gömrük Hospitalının pediatriya şöbəsinin rəisi, pediatr-neonatoloq-reanimatoloq Telman Aytayev “Sağlam və xroniki xəstəliyi olan uşaqlarda vaksinasiya: peyvəndlərin tətbiqinə müasir baxış”  və otorinolarinqoloq  Aynur Vəliyeva “Yenidoğulmuşlarda orta qulağın iltihabı: diaqnoz və müalicə” mövzusunda  çıxış edərək  pediatriya sahəsində əldə edilən nailiyyətlərdən danışıb və dünya təcrübəsinin yeniliklərini seminar iştirakçılarına çatdırıblar.

Mərkəzi Gömrük Hospitalının çıxış edən həkimləri uşaqlarda tez-tez rast gəlinən kardioloji, uroloji və qulaq xəstəliklərinin müalicəsində müasir yanaşmalar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və  auditoriyanı maraqlandıran sualları cavablandırıblar. Seminar çıxışlar ətrafında müzakirələrlə davam edib.

1news.az

Paylaş:
424

Son xəbərlər

Bütün xəbərlər