Ötən gün ol qəzalarında 2 nəfər öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün ol qəzalarında 2 nəfər öldü

12:35 - 02 / 03 / 2020
Ötən gün ol qəzalarında 2 nəfər öldü

Fevralın 29-da daxili işlər orqanları tərəfindən törədilmiş 20 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Qafar Ağayev

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər