Narkotiklərlə Mübarizə İdarəsi ləğv edildi - ƏMR | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotiklərlə Mübarizə İdarəsi ləğv edildi - ƏMR

13:31 - 03 / 03 / 2020
Narkotiklərlə Mübarizə İdarəsi ləğv edildi - ƏMR

Azərbaycanın Daxili İşlər Nazirliyində dəyişiklik olub.

1news.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib.

Ləğv edilən idarə və şöbənin vəzifələri DİN-in müvafiq idarə və baş idarələrinə həvalə olunub.

Həmin qurumların əməkdaşları də DİN-in digər şöbələrində işlə təmin ediliblər.

1news.az

Paylaş:
533

Son xəbərlər

Bütün xəbərlər